Azərbaycana avtomobil idxalında artım qeydə alınıb

21:20 | 11.05.2017
Azərbaycana avtomobil idxalında artım qeydə alınıb

Azərbaycana avtomobil idxalında artım qeydə alınıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 1943 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

anews.az-ın məlumatına görə, "Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 201 ədəd və yaxud 11,54% çoxdur.

Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin idxalı 2 ədəd və yaxud 8,33% artaraq 26-ya, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər mühərrikli nəqliyyat vasitələrinin idxalı 111 ədəd və yaxud 7,36% artaraq 1620-yə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 116 ədəd, yaxud 76,32% artaraq 268-ə, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin idxalı isə 28 ədəd, yaxud 2 dəfə azalaraq 29-a bərabər olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb