Azərbaycana təmənnasız 1,3 milyard kubmetr qaz verilib

22:23 | 07.09.2016
Azərbaycana təmənnasız 1,3 milyard kubmetr qaz verilib

Azərbaycana təmənnasız 1,3 milyard kubmetr qaz verilib

"Bu ilin birinci yarısında SOCAR vasitəsilə Azərbaycan hökumətinə təmənnasız olaraq 1,31 mlrd. kubmetr həcmində səmt qazı vermişik”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu "BP-Azərbaycan” şirkətinin prezidenti Qordon Birrel deyib.

Onun sözlərinə görə, Xəzər dənizində aparılan seysmik tədqiqatlar da sona çatmaq üzrədir:

"Bu seysmik əməliyyatlara 17 gəmi cəlb olunub. Bu 17 gəmi vasitəsilə 200 kvadratkilometr ərazidə tədqiqat aparılıb. İlin sonuna qədər əldə olunan məlumatların emalı prosesi də başa çatacaq”.

Q.Birrel əlavə edib ki, "Şahdəniz-2” layihəsi üzrə aparılan işlərin 77%-i tamamlanıb:

"Biz həyata keçirdiyimiz işlərdən çox razıyıq. Bizim həyata keçirdiyimiz əməliyyatlar üçün 15 mlrd. dollar həcmində müqavilələr imzalanıb. Bu günə qədər 10 quyu qazılıb. Tək bizim həyata keçirdiyimiz əməliyyatlara Azərbaycandan 24 min nəfər işçi cəlb olunub. Bu işçilərin 80%-i Azərbaycan vətəndaşlarıdır”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb