Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO

09:16 | 19.12.2021
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO

Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO

Aktyor, teatr rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev vəfat edib.

Anews.az  xəbər verir ki, bu barədə APA-ya Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor müavini Səməd Canbaxşıyev məlumat verib.
O bildirib ki, aktyor bu gün günorta saatlarında vəfat edib.

Qeyd edək ki, Vüsal Rzayev 1968-ci ildə Naxçıvanda anadan olub. 1999-cu ildən aktyor kimi fəaliyyət göstərən Vüsal Rzayev Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalarda rol alıb. O, həmçinin, C. Məmmədquluzadənin hekayələri və "Ər” pyesi əsasında hazırlanan "Pirverdinin xoruzu” , "Göz ağrısı” və "Eşq bəlası” bədii televiziya filmlərinin ssenari müəllifi və quruluşçu rejissoru olub.

Allah rəhmət eləsin!
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb