Azərbaycanda İİV-ə yoluxanların 30 faizi məhbuslardır

14:26 | 29.11.2013
Azərbaycanda İİV-ə yoluxanların 30 faizi məhbuslardır

Azərbaycanda İİV-ə yoluxanların 30 faizi məhbuslardır

“Azərbaycan İİV-ə yoluxma hallarının 1/3 hissəsi cəzaçəkmə müəssisələrində aşkar olunub. Belə ki, İİV-ə yoluxanların 30,3 faizi məhbuslardır”.

APA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova deyib. Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxmuş insanların sayı 4171 nəfər təşkil edib. Onların da 96%-nin Azərbaycan, qalanlarının isə əcnəbilər olduğunu deyən mərkəzin direktoru vurğulayıb ki, qadınlarla müqayisədə kişilər arasında İİV-ə yoluxma faizi üstünlük təşkil edir: “Belə ki, bu göstərici kişilərdə 80%, qadınlarda isə 20%-dir. Gənclər arasında da İİV-ə yoluxma faktları qeydə alınır. Lakin əsas yaş təbəqəsi 30-49 yaş arasıdır. İİV-ə yoluxanların 35%-i 40-49 yaşlı insanlarda, bir qədər ondan azı isə 30-40 yaşlı insanlarda qeydə alınır”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb