Azərbaycanda sığorta agentlərinin reyestri yaradıla bilər

10:40 | 20.03.2014
Azərbaycanda sığorta agentlərinin reyestri yaradıla bilər

Azərbaycanda sığorta agentlərinin reyestri yaradıla bilər

Azərbaycanda sığorta agentlərinin reyestri yaradıla bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov deyib.Onun sözlərinə görə, bu məsələ ASA çərçivəsində müzakirə olunur.

O.Bayramov qeyd edib ki, hazırda Azərbaycanda təqribən 800 sığorta agent çalışır: "Hazırda belə bir siyahının hazırlanması imkanı, hətta ola bilsin, "yaxşı" və "pis" agentlər kateqoriyasının tərtib edilməsi müzakirə olunur. Müştərilərin agentlərin təklif etdiyi xidmətlərin keyfiyyəti haqqında aktual informasiya alması və səhlənkar sığortaçılara müraciətlərdən yayınması üçün gələcəkdə reyestrin internetdə açıq çıxış olmaqla dərc edilməsi müzakirə edilir".
O, qeyd edib ki, dekabrda Bakıda ənənəvi Sığorta Agentlərinin Milli Forumu keçiriləcək: "Bu il qərara alındı ki, tədbirin formatı genişləndirilsin, çünki sığorta məhsullarına da tələbat fəal şəkildə artır. Buna bəzi beynəlxalq, o cümlədən Türkiyədən olan ekspertlərin cəlb edilməsi planlaşdırılır".
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb