Azərbaycanda tanınmış həkim koronavirusa yoluxdu

15:50 | 13.04.2020
Azərbaycanda tanınmış həkim koronavirusa yoluxdu

Azərbaycanda tanınmış həkim koronavirusa yoluxdu

Azərbaycanda tibb elmləri üzrə fəlsəfə doktoru koronavirusa yoluxub.

Bunu "MediaPost"açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O, adını açıqlamasa da, bildirib ki, koronavirusa yoluxmuş həkimin 50-yə yaxın yaşı var:

"Tibbi sığorta sahəsində çalışır. Çox tanınmış bir həkimdir. Hərdən görüşürük, amma əsasən telefonla hal-əhval tuturuq. Koronavirus epidemiyası başlayandan o da xəstələrin müalicəsində iştirak edib. Bu gün zəng etdim və məlum oldu ki, koronaviruslu xəstələrin müalicəsində yaxından iştirak edərkən özü də bu virusa yoluxub. Həkimlər koronaviruslu xəstələrlə məşğul olarkən qoruyucu geyimlərdən istifadə edir. Amma dostum deyir ki, yəqin haradasa ehtiyatsızlıq edib. Artıq 3 gündür müalicə alır. Vəziyyəti ağır deyil. Hazırda regionlardan birində koronaviruslu xəstələrin müalicə aldığı klinikadadır. Şübhəm yoxdur ki, dostumuz da tezliklə sağalacaq və koronavirusdan əziyyət çəkən xəstələrin müalicəsində iştirak edəcək".

Millət vəkili koronavirusla mübarizədə həkimlərin fədakarcasına davrandığını söyləyib:

‌"Bildiyim qədərilə Azərbaycanda koronavirusun müalicəsi ilə məşğul olan başqa həkim və tibb işçiləri də koronavirusa yoluxub. Koronavirusla mübarizədə birbaşa ön cəbhədə olan insanlarımız həyatlarını təhlükə altına atırlar. Bunu açıqlamaqda məqsədim insanları bir daha koronavirusdan qorunmağa çağırmaq və həkimlərin fədakarlığını diqqət çəkməkdir".

Xatırladaq ki, bundan öncə həkim rezident İsmayıl Əliyev COVID-19-a yoluxduğunu açıqlayıb. O, buna qədər koronavirus xəstələrinin müalicəsində iştirak etdiyini bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb