Azərbaycandan Avropa Məhkəməsinə müraciət - VİDEO

17:53 | 30.01.2015
Azərbaycandan Avropa Məhkəməsinə müraciət - VİDEO

Azərbaycandan Avropa Məhkəməsinə müraciət - VİDEO

Kəlbəcərdə  ermənilər tərəfindən girov götürülmüş  üç azərbaycanlı ilə bağlı Avropa Məhkəməsinə ərizə ilə müraciət olunub. Bunu "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin sədri Anar Bağırov deyib.


Onun sözlərinə görə, ərizəyə azərbaycanlı girovların 
işgəncəyə məquz qaimaları ilə bağlı  fotolar və digər sübutlar əlavə olunub. Vəkil bildirib ki, ərizədə həmçinin işə təcili baxılmasının zəruriliyi qeyd olunub. Ərizə yanvarın 13-də məhkəməyə daxil olub.  

Üç girovdan birinin qətlə yetirilməsi ilə bağlı Kəlbəcər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin  müharibə qanunlarını və  Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmanı nəzərdə tutan  maddələri ilə cinayət işi açılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə  görə, girovun işgəncələr nəticəsində öldürüldüyü sübut edilib.

Xatırladaq ki, azərbaycanlı girovlar Azərbaycanın işğal altında olan ərazisində ötən ilin yayında girov düşüblər. Qondarma Dağlıq Qarabağın Respublikasının məhkəməsi onlar mühakimə edib və Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Erməni tərəfin iddiasına görə,  azərbaycanlı girovlar qanunsuz  sərhədi keçmə və insan öldürmədə ittiham olunurlar. Azərbaycan  tərəfi bununla bağlı etirazını bildirib.

Müəllif: Fəridə Aliyeva

Operator: Rasim Əliyev

Ann.az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM