Azərbaycanın "Bakı 2015" rekordu

14:00 | 21.06.2015
Azərbaycanın

Azərbaycanın "Bakı 2015" rekordu

Bakı-2015 I Avropa Oyunlarında ümumi medalların sayına görə ikinci yerdə qərarlaşan Azərbaycan şəxsi göstəricidə birincidir. 

ANS PRESS-in məlumatına görə, ölkəmizə 14-cü qızılı qazandıran gimnast Oleq Stepko özünün sahibləndiyi medalların sayına görə rekordçudur. 5 medallı 21 yaşlı təmsilçimiz yarışlarda hələlik ən çox medal qazanan idmançıdır.

1 qızıl, 2 gümüş, 2 bürünc əldə edən Oleq paralel qollarda 1-ci, fərdi çoxnövçülük və gimnastika atında 2-ci, komanda yarışları və dayaqla tullanmada 3-cü yeri tutub.

Avropa Oyunlarında ən çox medal qazanan idmançıların siyahısına başçılıq edən təmsilçimiz hesabında 4 mükafat olan idmançılarını geridə qoyub. 

Bunlardan 3-ü Rusiya idmançıları Aliyə Mustafina, Culiya Steynqruber, Nikita İqnatyev və Hollandiya idmançısı Lieke Veversdir. 

Qeyd edək ki, medalların sayına görə ilk beşlikdə olan idmançılar bu nəticələri idman gimnastikasında göstəriblər.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM