• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda koronovirusla bağlı karantin tədbirlərini hiss etmirik " - AÇIQLAMA

"Azərbaycanda koronovirusla bağlı karantin tədbirlərini hiss etmirik " - AÇIQLAMA
28.05.2020 21:28
"Koronavirus aşkar olunduqdan sonra, Ümumdünya Səhiyyə Təşkilatı bütün üzv dövlətlərə karantin tədbirlərinin görülməsi ilə bağlı tövsiyyələr verib. Tövsiyyələrdən birinə əsasən, müayinə və müalicə üçün təyinat almış həkimlər xüsusi təhlükəsiz uniforumlarla təmin edilməlidirlər”

Bu sözləri Anews.az-a açıqlamasında tibb elmləri doktoru  Adil Qeybulla bildirib.

O, həmçinin əlavə edib ki, hələlik isə heç bir karantin tədbirinin olmasını hiss etmirik.

"Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrini nəzərə alsaydı, artıq çoxdan karantin tədbirləri görülərdi və insanlar da bunu öz həyatında hiss edərdi, ancaq indi heç kim  bunu hiss etmir. Karantin tədbirləri görülməyib və həkimlərin də bu virusa yoluxan insanlarla təmasda olması onları təhlükəyə atır, uniformalarla təmin olunmayıblar. Ümumiyyətlə hansısa ciddi tədbirlər görülməsinin şahidi olmuruq”, - deyə  Adil Qeybulla əlavə etdi.

Bəs görəsən,  Azərbaycanda karantin tədbirlərləri ilə bağlı vəziyyət nə yerdədir? Sırf bu işlə əlaqədar təyinat almış həkimlər xüsusi təhlükəsiz uniformalarla təmin olunurlarmı?

Bu sualla Azərbaycanın baş infeksionisti Cəlal İsayevə müraciət etdik.

Cəlal İsayevin sözlərinə görə,  Azərbaycan hələ Koronavirus Çində yeni yayılanda bütün hazırlıq işlərini görüb. Lakin o düşünür ki, həkimlərin xüsusi uniformalarla təmin olunmasına ehtiyac yoxdur.

"Hazırda Ağciyər Xəstəlikləri İnsitutunda xüsusi palatalar hazırlanıb, bu virusu daşıyan xəstələri qəbul etmək üçün. Hər il bu palatalar bu formada hazır vəziyyətə gətirilir və bütün tədbirlər görülür. Koronavirusa gəldikdə isə, bu virus sıx təmasda olunmayan yerdə yoluxmur, insanların çox və sıx olduğu yerlərdə yoluxmaq ehrimalı var. Biz isə yoxlanış zamanı ağız örtüklərindən istifadə edib təhlükəsizliyimizi təmin edirik, xüsusi təhlükəsiz geyimlərə ehtiyac yoxdur. Adi bir virusdur. Ola bilər Çində, İranda xüsusi təhlükəsiz geyimlərdən istifadə olunur, amma mənm indi buna ehtiyac duymuram”, - deyə Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə deyir ki, əlbəttə formamız var, mən teniskada girməyəcəm ki, xəstənin yanına deyə söylədi. 

Onun sözlərinə görə, xəstəxanalar ümumiyyətə hər şeylə təmin olunublar.

"Mən baş epdimeioloqam, camaata kostyum geyindirəcəm? Kostyum sayacam? Bu nə sualdır, bu nə təxribatdır? Xəstəyə dioqnoz qoyulmamış niyə forma geyinək, bəlkə virus daşımır? Formamız da var, hər şeyimiz də. Teniska ilə girməyəcəm ki xəstənin yanına?! Ümumiyyətlə Allah eləsin bu virus Azərbaycana gəlməsin, Allah uzaq eləsin!”, - deyə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirdi.
 
Həzi bəy

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol