Azərbaycanlı iş adamının şirkəti dünyanın iri şirkətləri siyahısında

15:32 | 07.05.2015
Azərbaycanlı iş adamının şirkəti dünyanın iri şirkətləri siyahısında

Azərbaycanlı iş adamının şirkəti dünyanın iri şirkətləri siyahısında

Rusiyanın "Qazprom” şirkəti "Forbes” jurnalının versiyasına görə dünyanın 30 iri şirkətinin siyahısına düşüb. Yeni reytinqdə o, Amerikanın AT&T şirkəti ilə 27-ci yeri bölüşür. 

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, ilk onluqda yalnız Çin və amerikan şirkətləridir. "Forbes Global 2000” siyahısının lideri ICBC (ÇXR) şirkətidir, sonra isə Çinin inşaat bankı, Çinin kənd təsərrüfatı bankı və Çin Bankı gəlir. Onların ardınca Amerikanın Berkshire Hathaway, JP Morgan Chase və Exxon Mobil şirkətləri siyahıda yer alır. Top-10-u PetroChina (ÇXR), General Electric və Wells Fargo (hər iki şirkət ABŞ aiddir) yekunlaşdırır. 

Rusiya şirkətlərinə gəldikdə isə, 59-cu yerdə "Rosneft”, 109-cu yerdə isə "LUKoyl”dur (prezident Vahid Ələkbərov- red). 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb