Azərbaycanlı milyarder sualtı qayıq aldı - FOTOLAR

15:08 | 06.05.2015
Azərbaycanlı milyarder sualtı qayıq aldı - FOTOLAR

Azərbaycanlı milyarder sualtı qayıq aldı - FOTOLAR

ABŞ-ın "DeepFlight” şirkəti bu gün elan edib ki, azərbaycanlı oliqarx və gəmiçilik maqnatı Mübariz Mənsimovun "Palmarina Bodrum” şirkətinin sifarişi əsasında "DeepFlight Super Falcon” yüksək sürətli özəl sualtı qayığını sifarişçiyə çatdırıb. Bu barədə Amerika KİV-i bildirib.

ABŞ-ın Kaliforniya ştatında mənzillənmiş və özəl sualtı qayıqların istehsalı ilə məşğul olan "DeepFlight” şirkətinin qayığı Mübariz Mənsimova 1,7 milyon dollara başa gəlib, ANN.Az haqqın.az-a istinadən xəbər verir. 

Sualtı qayıq elektrik mühərrikləri ilə işləyir, tamamən səssizdir, yüksək sürətə və su altında 360 dərəcə bucaq altında 120 metr məsafəlik görmə məsafəsinə malikdir.

"DeepFlight Super Falcon” sualtı qayıqlarını indiyədək milyarderlər alıb. Onların arasında britaniyalı milyarder Riçard Brenson, "Red Bull”un təsisçisi Ditrix Mateşits, vençur kapitalisti Tom Perkins və digərləri var.//Oxu.az






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti