Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva solo konsertlə çıxış edib

10:29 | 20.04.2014
Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva solo konsertlə çıxış edib

Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva solo konsertlə çıxış edib

Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva aprelin 19-da Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edib.

APA-nın məlumatına görə, "Sevgili canan" adlanan konsertdə F. Hacıyevanı Opera və Balet Teatrının Simfonik Orkestri müşayiət edib. Konsertin repertuarında operanın sintezi və pop-caz qrupunun birləşməsi əks olunub.

 

Konsertdə çıxış edən F. Hacıyeva klassik musiqini sevən, qiymətləndirən tamaşaçıların onunla bir yerdə olmağından məmnun olduğunu bildirib. Konsertə dirijorluğu Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Cavanşir Cəfərov edib.

 

Əməkdar artist repertuarında olan Azərbaycan və dünya klassik musiqi nümunələrindən parçalar səsləndirib.

 

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA, Lent.az və Vesti.az informasiya agentliklərinə məxsusdur.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM