“Azerfon” rəhbərliyi “Buzlu su” kampaniyasına qoşuldu - FOTOLAR

16:25 | 11.09.2014
“Azerfon” rəhbərliyi “Buzlu su” kampaniyasına qoşuldu - FOTOLAR

“Azerfon” rəhbərliyi “Buzlu su” kampaniyasına qoşuldu - FOTOLAR

“Nar Mobile” mobil operatoru ALS xəstələrinə yardım kampaniyasına dəstək olduHər zaman müxtəlif sosial aksiyalar və fərqli xeyriyyə fləşmobları ilə yadda qalan “Azerfon” şirkətinin rəhbərliyi 2014-cü ilin yayında dünyada geniş vüsət almış “Buzlu su” (Ice Bucket Challenge) kampaniyasına qoşulmaq qərarına gəldi. Kampaniyaya əsasən, iştirakçılar ictimai diqqəti amyotrofik lateral skleroz (ALS) xəstəliyinə yönəltmək məqsədilə bir vedrə buzlu suyu öz başlarına tökərək ALS xəstələrinə maddi dəstək verdiklərini ifadə edir və ya başqalarının bu yardım kampaniyasına qoşulmalarını təşviq edirlər. Belə ki, şirkət rəhbərliyi bir ənənəyə çevrilən bu yardım və maarifləndirmə aksiyasına qatılmaqla, ALS xəstələrinin beynəlxalq assosasiyasına öz dəstəyini ifadə etmiş oldu və “Azercell” ilə “Bakcell” rəhbərliklərini də bu aksiyaya qoşulmağa dəvət etdi.Qeyd edək ki, amyotrofik lateral skleroz xəstəliyi mərkəzi sinir sistemindəki ilik sapının olduğu nahiyədə onurğa neyron, yəni sinir hüceyrələrinin itkisi səbəbilə yaranan çarəsiz bir xəstəlikdir. Əzələlərin iflic olmasına gətirib-çıxaran bu xəstəliyə nadir hallarda rast gəlinsə də, onun ölümlə nəticələnə bilən fəsadları olduqca ağırdır.Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və onların rəğbətini qazanmışdır. Mobil operator münasib danışıq tarifləri ilə yanaşı, müxtəlifliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və hər zona üzrə vahid qiymət ödənilməsini nəzərdə tutan sadə rouminq təklifləri ilə abunəçilərin etimadını doğrultmuşdur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb