“Azəriqaz” yanında İctimai Şuranın növbəti iclası keçirilib

18:30 | 23.09.2021
“Azəriqaz” yanında İctimai Şuranın növbəti iclası keçirilib

“Azəriqaz” yanında İctimai Şuranın növbəti iclası keçirilib

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şuranın 3-cü genişləndirilmiş iclası keçirilib.
 
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
 
Məlumata görə, iclasda Şura sədri Xəyal Bəşirov, sədr müavini Rəşad Quliyev və üzvlər - Eyyub Hüseynov, Vüqar Rəhimzadə, Qorxmaz İbrahimli, Şaban Nəsirov, Mais Əliyev, Elçin Salmanov və Zaur Quliyev iştirak ediblər. Şura üzvləri ilə bərabər iclasa "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev, Hüquq Departamentinin rəisi Vüqar Eyvazov, Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kəlbalayev və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev qatılıb. Şura üzvləri bir sıra mühüm məsələləri iclasın gündəliyinə salaraq müzakirəyə çıxarıb.
 
İclasın davamında Şura üzvləri fəaliyyətləri zamanı müəyyən etdikləri bir sıra problemləri İstehsalat Birliyinin rəhbərliyinin diqqətinə çatdırıblar. Həmin məsələlərin həlli istiqamətində atılacaq addımlarla bağlı razılığa gəlinib.
 
Daha sonra Ruslan Əliyev iclasın davam etdirilməsində uğurlar arzulayıb və iclas Şura üzvlərinin iştirakı ilə davam etdirilib. İclasda gündəliyə daxil edilən məsələlər müzakirə edilərək səsə qoyulub, müvafiq qərarlar qəbul edilib.





 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb