Bakı 2015 Avropa Oyunları “Procter & Gamble” şirkətinin birinci rəsmi tərəfdaş olmasını elan edir - FOTO

18:17 | 21.05.2014
Bakı 2015 Avropa Oyunları “Procter & Gamble” şirkətinin birinci rəsmi tərəfdaş olmasını elan edir - FOTO

Bakı 2015 Avropa Oyunları “Procter & Gamble” şirkətinin birinci rəsmi tərəfdaş olmasını elan edir - FOTO

Bakı 2015 Avropa Oyunları bu gün “Procter & Gamble” şirkətini özünün birinci rəsmi tərəfdaşı  kimi elan etməkdən qürur duyur.  Şirkət Avropa Oyunlarına müqavilə əsasında dəstək verəcək və bu dəstək Azərbaycanda “Procter & Gamble” (P&G) şirkətinin məhsulları vasitəsilə Bakı 2015 haqqındaməlumatlılığın artırılmasına xidmət edəcək.   Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Baş İcraçı direktoru cənabAzad Rəhimov demişdir: “Avropa Oyunlarının birinci rəsmi tərəfdaşı kimi “Procter & Gamble” şirkətini alqışlamaq çox xoşdur. Mən əminəm ki, bu şirkətin dəstəyi ilə biz Oyunların Azərbaycanın hər yerində təşviq olunmasına töhfə verə bilərik.”P&G Azərbaycan şirkətinin direktoru cənab Tayqun Günay demişdir: “P&G şirkəti Bakı 2015 Avropa Oyunlarının tərəfdaşı olmaqdan qürur hissi duyur və bunu Beynəlxalq Olimpiya Komitəsi və Azərbaycan Milli Olimpiya Komitəsi ilə uğurla davam edən əməkdaşlığın məntiqi davamı hesab edir.  “Bu gün bizim imzaladığımız müqavilə, Bakı 2015 Avropa Oyunlarının timsalında  idmanın həyat keyfiyyətinin artırılmasındakı rolunu və P&G şirkəti tərəfindən insanların həyat şəraitinin yüksəldilməsi kimi ümumi məqsədləri nümayiş etdirir. “P&G şirkəti, Bakı 2015 Avropa Oyunlarına özünün dünya səviyyəli brendlər təqdim etmək imkanları və Azərbaycanda bütünpərakəndə satış nöqtələrindəmüştərilərlə qurduğu əlaqələrhesabına dəstək verəcək.  “Biz Azərbaycan bazarında yüksək potensial görürük. Bu bazara sərmayə yatırmağı davam etdirməyi və yerli əhaliyə faydalar gətirməyi planlaşdırırıq.”Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya məsələləri üzrə direktoru cənab Çarli Vijeratna demişdir:  “Procter & Gamble” şirkətinin böyük beynəlxalq idman yarışlarını dəstəkləməsinin çoxillik tarixi varvə biz bu şirkəti birinci rəsmi tərəfdaşımız kimi salamlamaqdan məmnunuq. “Bir şirkət olaraq “P&G”insanların həyatının yaxşılığa doğru dəyişməsində idmanın gücündən istifadə olunmasının əhəmiyyətini başa düşür və buna görə də birinci Avropa Oyunları üçün mükəmməl bir tərəfdaşdırlar.”“Procter & Gamble” (P&G) şirkəti dünya səviyyəsində Olimpiya Oyunlarının sponsorudur və özünün geniş çeşidli məhsulları ilə dünyanın hər tərəfində təxminən 4,8 milyard insana xidmət edir.  “Procter & Gamble”ABŞ-da fəaliyyət göstərən bir şirkətdir və onun Avropa üzrə baş qərargahı İsveçrədə yerləşir. 1837-ci ildə yaradılmış şirkətin güclü korporativ ənənələri və istehlakçıya yönəlik fəlsəfəsi vardır. Şirkətin brendləri 170-dən çox ölkədə satılır. 1998-ci ildə Azərbaycanda da şirkətin ofisi yaradılıb və keçən müddət ərzində “P&G” şirkətinin yerli təşkilatı inkişaf edərək bazarda güclü fəaliyyət göstərən və yaxşı təşkilatlanmış bir struktura çevrilib.  “P&G”şirkəti Azərbaycanın davamlı inkişafına inanır və ölkəyə əlavə sərmayə yatırmaq niyyətindədir.  P&G brendləri və əməliyyatlarının iqtisadi təsiri şirkətin biznes tərəfdaşlarına və fəaliyyət göstərdiyimiz icmalara çiçəklənmək üçün fəaliyyət göstərmək imkanı yaradır. Bu, təkcə  P&G şirkətinin yerli əməkdaşları üçün yox, həm də ölkədə tərəfdaş distributor şirkətin (Engin Limited) və digər xidmət göstərən şirkətlərin yüzlərlə işçiləri üçün faydalar gətirir.   Foto: Orxan  ƏzimANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb