“Bakı-2015”-də 20 stadion internet və mobil xidmətlər ilə təmin ediləcək

16:04 | 04.08.2014
“Bakı-2015”-də 20 stadion internet və mobil xidmətlər ilə təmin ediləcək

“Bakı-2015”-də 20 stadion internet və mobil xidmətlər ilə təmin ediləcək

I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə yaradılan Təşkilat Komitəsinin tövsiyələrinə uyğun olaraq, oyunların keçiriləcəyi 20 stadion, arena, idman mərkəzlərinin və 41 təşkilati məkanın keyfiyyətli, fasiləsiz, dayanıqlı telekommunikasiya, internet və mobil xidmətlərlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təmin edilməsi nəzərdə tutulur.ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə adıçəkilən nazirlik tərəfindən nəşr olunan “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatda qeyd olunub.Qeyd edək ki, oyunların keyfiyyətli və dayanıqlı telekommunikasiya və radiotezliklərlə təmin edilməsi məqsədilə I Avropa Oyunlarının təşkili üzrə yaradılmış Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilə nazirlikdə mütəmadi müzakirələr aparılır.Bundan başqa, rabitə xidmətlərinə olan tələbatlar müəyyənləşdirilir və oyunların sözügedən xidmətlərlə təminatı üçün müvafiq işlər görülür.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb