“Bakı-2015-in hazırlıq tempindən razıyıq”

14:29 | 29.01.2014
“Bakı-2015-in hazırlıq tempindən razıyıq”

“Bakı-2015-in hazırlıq tempindən razıyıq”

“Yarışa hazırlıq yüksək səviyyədə gedir. Komandaları qəbul edəcək qurğuların inşası sürətlə davam edir”. Apasport.az saytının məlumatına görə, bunu Bakı Avropa Oyunları üzrə Əməliyyat Komitəsinin (BAOƏK) baş əməliyyat təmsilçisi Cim Şerr deyib.Təcrübəli mütəxəssis Bakı-2015-in başlamasına 500 gün qalmış görülən işləri dəyərləndirib. Şerr bildirib ki, hazırlığın gedişi onları qane edir: “Qarşıdakı 500 gündə də görüləsi işlər var. Avropa Olimpiya Komitəsinin öhdəliklərini yerinə yetirmək üçün hələ çox iş görülməlidir. Lakin biz hazırlığın tempindən razıyıq”.Qeyd edək ki, I Avropa Oyunları gələn il iyunun 12-də başlayıb, 28-də bitəcək. Burada qitənin 49 ölkəsindən 5400 idmançının iştirakı nəzərdə tutulub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb