Bakı 2015-in icraçı şəxsləri Olimpiya Akademiyasının sessiyasında - FOTO

19:45 | 07.08.2014
Bakı 2015-in icraçı şəxsləri Olimpiya Akademiyasının sessiyasında - FOTO

Bakı 2015-in icraçı şəxsləri Olimpiya Akademiyasının sessiyasında - FOTO

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı şəxsləri bu həftə Yunanıstanın Olimpiya şəhərində keçirilən Beynəlxalq Olimpiya Akademiyasının (BOA) 2014 Avropa Gənclər Sessiyasında iştirak etmək üçün Yunanıstandadırlar.  
Beynəlxalq Olimpiya Akademiyası, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Milli Olimpiya Komitəsinin birgə təşkil etdiyi sessiya Olimpiya hərəkatının tarixi və dəyərlərinin stimullaşdırılması üzərində cəmləşən maarifləndirici mühazirələr və seminarlardan ibarətdir.  Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq komitənin birinci Avropa Oyunlarının həyata keçirilməsi istiqamətində gördüyü işlərin gedişi barəsində son məlumatları arasında Avropa Milli Olimpiya Komitəsinin nümayəndələri olan iştirakçıların diqqətinə çatdıracaq.  Cənab Kleq qeyd edib: “Mən ömrümün otuz ilini Olimpiya hərəkatına həsr etmişəm və birinci Avropa Oyunlarını təşviq etmək üçün burada - Olimpiya Oyunlarının vətənində olmaqdan məmnunluq duyuram.  “İdmanın cəmiyyətdə kökü burada, Olimpiyada tapılıb və mən əminəm ki, Azərbaycan qədim ənənələrə uyğun olaraq, həmçinin paytaxt Bakını əks etdirən müasir, dinamik, innovativ və canlı şəkildə tədbiri həyata keçirəcək.” Cənab Kleq fürsətdən istifadə edərək gələn il keçiriləcək Oyunları stimullaşdırmaq üçün iştirakçılara komanda kimi marketinq strategiyası təqdim etmələri üçün çağırış etmişdir.  Öz strategiyasını BEGOC komissiyasına təqdim etməmişdən öncə iştirakçı qrupları həftə ərzində fikirləri toplayaraq tövsiyələr hazırlayacaq və həmin komissiya ən innovativ və ruhlandırıcı işi qalib kimi seçəcəkdir.  Beynəlxalq Olimpiya Akademiyası 1949-cu ildə yaradılmış, lakın 1961-ci ilə kimi rəsmi olaraq təqdim olunmamışdır. Akademiyanın əsas məqsədi Olimpiya ruhunun və əsas maarifləndirici və sosial prinsiplərinin bütün dünyada yayılmasıdır. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb