Bakı-2015: Məşəl Yardımlıya aparıldı

21:39 | 01.05.2015
Bakı-2015: Məşəl Yardımlıya aparıldı

Bakı-2015: Məşəl Yardımlıya aparıldı

Bakıda keçiriləcək Avropa Oyunlarının məşəlinin gəzintisi davam edir.

Apasport.az saytının məlumatına görə, paytaxtda qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Naxçıvan və Lənkəranın ardınca bu gün də cənub zonasını dolaşıb.
 
Oyunların rəmzi ilə öncə Lerik sakinləri tanış olublar. Lənkərandan gətirilən Olimpiya məşəlinin şəhərin giriş qapısında qarşılanma mərasimi təşkil edilib. Talış dağlarının yüksəkliyində, təmiz dağ havasının uzunömürlülüyü təşviq etdiyi ərazidə estafet saat 11:00-da start götürüb.
 
Məşəli qəbul edən lerikli idmançı Rafiq Əliyev 10 həmkarı ilə birgə yürüşü davam etdirib. 1515 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər sakinlərin alqış sədalarının müşayiəti ilə Nəriman Nərimanov küçəsi ilə hərəkət edərək, Heydər Əliyev Meydanına çatdırıblar. Burada fəxri bədən tərbiyəsi və idman işçisi İlham Zülfiyev məşəli Meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı yandırıb. Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
 
Yürüş iştirakçıları yerli sakinlərin əkinçilik, xalçaçılıq, dəmirçilik və dülgərliklə məşğul olduğu Lerikdə Uzunömürlülər Muzeyində nümayiş etdirilən eksponatlarla və Bilnə kəndində Arıçılıq təsərrüfatı ilə də tanış olublar. Yarışın rəmzi ardınca Lerikdən Astaraya yollanıb. Lənkəran ovalığının cənub qurtaracağında yerləşən rayonda məşəl estafeti saat 17:00-da başlayıb. Regionun şərqində Xəzərin qara qumlu sahilləri, qərbində meşə və bulaqlar, subtropik iqlim ilin dörd fəsli turistlərin istirahəti üçün gözəl imkanlar yaradan Astarada rəmzin qarşılama mərasimi Dənizkənarı Parkda olub.
 
Astarada rəmzi yerli idmançı İlham Sadıqzadə qəbul edib.Bayraq Meydanından 10 məşəlçi 4 kilometr metr məsafədə yürüşə başlayıb. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Heydər Əliyev prospekti boyunca hərəkət edərək, Xəzər dənizi sahilində yeni salınmış park-bulvar kompleksinə gəliblər. Atletika üzrə Avropa turnirinin qalibi, bir neçə dəfə Azərbaycan çempionu olmuş Fikrət Qafarov Olimpiya məşəlini fəvvarə meydanında qurulmuş səhnəyə qaldırıb.O, Avropa Oyunlarının məşəlini alovlandırıb.
 
Meydana toplaşanların alqışları altında Olimpiya çırağı yandıralaraq Oyunlarıb başa çatana qədər saxlanılmaq üçün rayonun 15 yaşlı idmançısı Sənan Rzayevə təqdim olunub.
 
Birinci Avropa Oyunlarının məşəlindən götürülən alov Astaradan dağlıq Yardımlı rayonuna aparılıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb