Bakı 2015 Oyunları Akademiyası öz işinə başladı - FOTO

16:19 | 18.04.2014
Bakı 2015 Oyunları Akademiyası öz işinə başladı - FOTO

Bakı 2015 Oyunları Akademiyası öz işinə başladı - FOTO

Bakı 2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsi, Bakı 2015 Oyunları Akademiyası təşəbbüsünün irəli sürülməsindən  qürur hissi duyur və hazırda, Məzun Təlim Proqramı üçün ərizələrin qəbuluna  start verir. 
Oyunlar Akademiyasının yaradılmasında məqsəd, Çevik öyrənmə üsulları ilə birgə Azərbaycan və bütün Avropadan olan universitet məzunlarının Məzun Təlim Proqramında iştiraklarını təmin etmək, yerli qrup üzvlərinin bacarıq və Oyunlarla bağlı biliklərini artırmaqdır. 
Bu haqda ANNET.Az-a Avropa Oyunları Əməliyyat Komitəsind'n m'lumat verilib.
Hər iki proqram, Oyunlar Akademiyasına Azərbaycanda potensial və dəyərli yerli irsin formalaşmasına  dəstək olmaq imkanı verecek.  
Bu unikal təşəbbüsə Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Gənclər Fondu rəhbərlik edir və Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən təsdiq edilir.
Azərbaycanın gənclər və idman naziri və Bakı 2015 İlk Avropa Oyunlarının icraçı direktoru Azad Rəhimov Məzun Təlim Proqramını şərh edərkən, “Bu, Azərbaycandan və bütün Avropa ölkələrindən olan gənclərə İlk dəfə baş tutacaq Bakı 2015 İlk Avropa Oyunlarının uğurlu keçməsinə yardım göstərmələri üçün yaradılan imkandır. Biz bu cür məqsədli  gənc məzunların yolunu gözləyirik və onlara ilk karyera uğurlarını   dünyanın möhtəşəm idman tədbirinin təşkilində qazanmaları üçün köməklik göstərəcəyik” deyə bildirib.
2012 - 2014-cü illər arasında məzun olmuş istedadlı və həvəsli gəncləri Məzun Təlimi Proqramına müraciət etməyə dəvət edirik. 
 İlk Avropa Oyunlarında təcrübə toplamaq  və öz istedadlarını artırmaq imkanı bəxş edən  Məzun Təlimi Proqramı  199 namizədi  (Azərbaycan universitetlərindən 150 nəfər və Oyunlarda iştirak edəcək ölkələrin Milli Olimpiya Komitələrindən  bir nəfər olmaqla 49 nəfər) əhatə edəcək. 
 Proqrama üç həftəlik intensiv  təlim daxil ediləcək və bundan sonra iştirakçıların üzərinə bir il müddətində Oyunları planlaşdırmaq və həyata keçirmək kimi real öhədlik qoyulacaq. Onlara bu işdə beynəlxalq ekspertlərdən ibarət liderlər və təlimçilər yardım edəcək və namizədlər  sınaq tədbirlərində və Oyunların keçiriləcəyi vaxt ərzində  geniş təcrübə toplayacaqlar. 
Yerli BAOƏK qrupu həmçinin, Çevik Öyrənmə Üsulu təşəbbüsündən yararlanacaq və bu təşəbbüs onları tədbirin idarə edilməsi və çoxsaylı idman tədbirləri üzrə əsas bacarıq və hazırlıq kursları ilə təmin edəcək. Bu kursları təcrübəli qrup üzvləri keçirəcək və namizədlər Oyunlarla bağlı yerinə yetirəcəkləri vəzifələrə hazırlıqlı olacaqlar. 
Avropa Olimpiya  Komitəsinin Prezidenti Patrik Hiki çıxısı zamanı ,”Bakı 2015 Oyunlar Akademiyası Bakı 2015-İlk Avropa oyunlarının irəli sürdüyü tam yeni innovativ ideyadır, Azərbaycandan və Avropanın istənilən yerindən olan gənclər üçün olduqca faydalı olacaqdır. 
Bu akademiya AOK və BAOƏK-in idmanın idarə edilməsi ilə bağlı yüksək təcrübə nümayiş etdirmək məqsədilə  İlk Avropa Oyunları üçün eyni missiyanı  paylaşmasının  bir nümunəsidir. BAOƏK-in istifadə etdiyi təchizat tərəfdaşları da Azərbaycan xalqının bu ideyanı dəstəklədiyini göstərir. Mən xüsusi olaraq Avropa Milli Olimpiya Komitələrinin bu Akademiyanın bir hissəsi olmaq üçün dəvət olunması təşəbbüsündən məmnunam və əminəm ki, Məzun Təlimi Proqramındakı 199 gənc  Oyunların təşkilatçılarına və AOK-a faydalı yardım göstərəcəklər”deyə vurğulayıb. 
Bakı 2015 Oyunları Akademiyasının təşkil olunması ilə bağlı Azərbaycan Gənclər Fondunun sözçüsü bildirib: “Azərbaycan Gənclər Fondu, Azərbaycan Respubikası Prezidentinin himayəsi altında, Bakı 2015 Oyunları Akademiyasının inkişafına yardım etməkdən şərəf duyur və inanır ki, bu innovativ təşəbbüs gənclərimizi həvəsləndirəcək və inkişafına dəstək verəcək olduqca möhtəşəm və uzun müddət davam edəcək bir addımdır”.
Oyunlar Akademiyasının məsul şəxsi  Gavin McAlpine demişdir: ”İnanırıq ki, Oyunlar Akademiyası irimiqyaslı tədbirlər sənayesində unikal bir hadisə olacaq. İlk dəfə olaraq bu cür irimiqyaslı tədbirdə insanlar, korporativ təşkilatlarda  gələcək karyeralarını müəyyən edəcək bilik və təcrübə əldə edə biləcəklər”.
Gələcək nəsillərə  geniş imkanlar yaratmaq, karyeranızda irəliləyiş əldə etmək və digər proqramlara bənzəməyən məzun təlimi proqramının bir hissəsi olmaq istəyirsinizsə http://www.baku2015.com/en/gamesacademy İnternet saytında Məzun Təlimi Proqramına müraciət edin. 
Ərizələr 08.05.2014 tarixinədək qəbul edilir.
ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb