Bu proqram iştirakçılara tədbir çərcivəsində keçirilən sessiya və təqdimatlar, o cümlədən İlk Avropa OyunlarıBakı 2015 tərəfindən təşkil olunan ziyafətlər barəsində məlumat verəcəkdir.
Proqram, eləcə də istifadəçilərin Tvitter və SAC 2014 ünvanındakı hesabları vasitəsilə sosial şəbəkələrdəki fəaliyyətlərini asanlaşdıracaqdır. . Mobil proqram IPhone, Android , Blackberry, Windows Phone mobil telefonlarında və kompüter istifadəçiləri tərəfindən istifadə edilə bilər. Proqram həmçinin iştirakçılara İlk Avropa oyunları barədə öyrənmək istədikləri hər bir şey barədə məlumat əldə etmək üçün dəyərli platforma təmin edir. İlk Avropa Oyunlarının əsas məqsədiAvropada yaşayan müxtəlif insanları bu möhtəşəm idman bayramındabirləşdirən bir Oyunlar keçirməkdir.Azərbaycan öz tarixində ən böyük multi-idman tədbirində 19 idman növü üzrə yarışan 6000-dən artıq Avropa idmançısını bir araya gətirəcək.Bakı, Avropa idmançıları və Azərbaycan gəncləri üçün ənənəvi yerlər və dünya səviyyəli obyektlər təmin etmək üçün 20 yeni və təmir olunan yarış yerlərinin, eləcə də MOK-lar və Avropa idmançıları və gələcək onilliklər ərzində xidmət göstərəcək yeni dünya səviyyəli idman zallarının qurulması üçün investisiyalar qoyur.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !