Bakı metrosunda həyəcan

09:13 | 03.12.2014
Bakı metrosunda həyəcan

Bakı metrosunda həyəcan

Bu gün səhər saat 08 radələrində Bakı Metropolitenində nasazlıq baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə metronun "Elmlər Akademiyası" stansiyasında qeydə alınıb.

Belə ki, sərnişinlərin sıx olduğu bir vaxtda stansiyanın çıxış istiqamətində işləyən eskalatoru dayanıb. Nəticədə eskalatorla yuxarı qalxan sərnişinlər təşviş keçirib.

Hadisə nəticəsində stansiyada sərnişin sıxlığı yaşanıb. Təxminən 5 dəqiqə müddətində eskalatordakı sərnişinlər ayaqla qalxmalı olublar.

"Elmlər Akademiyası" stansiyasının növbətçisi sərnişinlərə eskalatorun naməlum səbəbdən dayandığını bildirib. Növbətçi sərnişinlərə ehtiyatlı olmağı tövsiyyə edib.

"Hörmətli sərnişinlər, ehtiyatlı olun. Eskalator anidən işə düşə bilər və yıxıla bilərsiniz", - deyə növbətçi bildirib.

Eskalator bir neçə dəfə dala və qabağa işləyib. Sonra isə yenidən işə düşüb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb