Bakı metrosunda QƏRİBƏ YENİLİK

10:30 | 03.12.2014
Bakı metrosunda QƏRİBƏ YENİLİK

Bakı metrosunda QƏRİBƏ YENİLİK

Bakı metrosunda maraqlı yenilik tətbiq olunur. Bu nə yeni qatar deyil, nə də vaqonlarda kondisioner...

Metronun stansiyalarında qoluzorlu bir neçə gənc qoyulub. Onlar pik saatlarda sərnişinlərin vaqonlara minməsinə "köməklik” edirlər. Onlar sərnişinlərin qapıdan içəri presləyir, hətta onlara acıqlanmaqdan belə çəkinmirlər. Həmin "kadrlar”ın bir neçəsinin fotosunu metronun "28 may" stansiyasında çəkmişik.

Maraqlıdır, metropolitendə "yeni kadr”lara hansı zərurətdən ehtiyac yarandı? Niyə sərnişin sıxlığının qarşısını almaq üçün qatarlar yox, onları vaqona itələyən əzələlər gətirilir?

"Bakımetropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Milli.Az-a açıqlamasında bildirdi ki, əslində metroda olan həmin adamlar yeni ştat deyil. Uzun illərdir fəaliyyət göstərən stansiyanın əməkdaşlarıdırlar. Metro rəsmisinin sözlərinə görə, stansiyaların zəhmətkeş insanları sərnişinlərin sıx olduğu zamanlarda onların hərəkətini nizamlayırlar. Həmin vəzifənin adı istehsalat texniki məsələlər üzrə müfəttişdir. Vəzifələri sərnişin axınını istər giriş-çıxışlarda, istərsə də platformada nizamlamaq, metropolitendən istifadə qaydalarına əməl etdirmək, eyni zamanda fövqəladə hadisələr zamanı təxliyə tədbirlərini təşkil etməkdir.

Tokio və Pekin metrolarında pik saatlarda sərnişinləri vaqonlara itələyib salan xüsusi əməkdaşlar var. Onlara "kikker” deyirlər. Vəzifələri basabas zamanı vaqona daxil olmaq istəyən, ancaq buna gücü çatmayan insanlara təkan verməkdir.

Avropa şəhərlərinin metrolarında isə hərəkət elə nizamlanır ki, nə basabas olur, nə də təkanverənlərə zərurət yaranır. Yəni Avropada problemi aradan qaldırmaqla yox, problemin yaranmasına imkan verməməklə həll edir. Əcaba, bəs bizim Bakı metrosu hansı yolu seçib...

ANN.Az





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb