Bakı "McDonalds"ında biabırçılıq - FOTOLAR

13:19 | 20.08.2014
Bakı "McDonalds"ında biabırçılıq - FOTOLAR

Bakı "McDonalds"ında biabırçılıq - FOTOLAR

Bakı sakini yemək yemək üçün məşhur fast-fud restoranı olan McDonalds-a getməyinə peşman olub. Belə ki, gecə vaxtı restorana gələn sakin aldığı "roll"un kifləndiyini görüb.ANN.Az xəbər verir ki, qidanın şəkillərini çəkərək Milli.Az-a ünvanlayan şikayətçi məsələnin araşdırılmasını istəyib. Məsələyə McDonalds-ın Bakı filialı aydınlıq gətirib. Restoranın əməkdaşı olanAnar Osmanov Milli.Az-a açıqlamasında bu məqamla bağlı heç bir şikayət daxil olmadığını bildirdi. "McDonalds bütün malları, istər ölkədaxili hazır olan, istərsə də xaricdən gələn malları yoxlayaraq müştərilərə təqdim edir.Bir neçə saat bundan öncə şəxsən özüm bütün heyətlə anbarlar və restoranlarda gigiyenik cəhətdən yoxlanış keçirtdik. Həmin "roll"arda belə kif deyilən bir şey aşkarlanmadı.Biz həmişə çalışıb öz müştərilərimizə ən yaxşı məhsullarımızı təqdim etmişik. Əgər bu cür problemlə rastlaşsaydılar, dərhal bizə xəbər verərdirlər", - Anar Osmanov deyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb