Bakı tıxacına güclü zərbə

11:23 | 21.11.2013
Bakı tıxacına güclü zərbə

Bakı tıxacına güclü zərbə

Bakıda tıxacların qarşısını almaq məqsədilə daha bir tunelin tikintisinə başlanılıb. 

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, H.Əliyev prospektilə Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin kəsişməsində, “Şəfa” stadionunun qarşısında avtomobil tuneli və yeraltı piyada keçdin tikintisi davam etdirilir. 

Layihə üzrə tunelin uzunluğu 940 metr, eni isə 16 metrdir. 4 hərəkət zolağından ibarət olacaq tunelin hazırda istinad divarlarının naxışlı beton piltələrlə üzlənməsi, qapalı boyunun üst hissəsində tirlərin döşənməsi işləri gedir. Tunelin yan yollara bardür düzələrək asfalt-beton örtüyünün salınmasına hazırlıq görülür.

Sözügedən ərazidə tikintisi həyata keçirilən piyada keçidinin uzunluğu 105 m., eni 16 m., hündürlüyü isə 3 m. nəzərdə tutulub. 4 giriş-çıxışı olacaq keçiddə eskalatorların quraşdırılması və bəzək işləri aparılır. Ümumilikdə layihənin 2014-cü ildə başa çatdırılması planlaşdırılır. 

Qeyd edək ki, tunel istifadəyə verildikdən sonra M.Nərimanov küçəsilə hərəkət edən avtomobillər şəhər istiqamətinə, 5-ci köndələn küçəsinə və hava limanına maneəsiz gedə biləcəklər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb