Bakıda möhtəşəm lazer şou - VİDEO

16:47 | 12.06.2014
Bakıda möhtəşəm lazer şou - VİDEO

Bakıda möhtəşəm lazer şou - VİDEO

Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı möhtəşəm atəşfəşanlıq oldu. Avropa oyunlarına geri sayım başlanıldı. ANS TV-nin məlumatına görə, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına 1 il qalması münasibətilə Dəniz kənarı Milli Parkda möhtəşəm konsert oldu. Parkın ərazisində xüsusi stend yaradılmışdı. Stend üzərində oyunlarala bağlı xüsusi xareoqrafiyaların nümayişi ilə yanaşı, Azərbaycan mədəniyyətini özündə əks etdirən milli ornametlər də göstərildi.Gecəyə gözəllik qatan sü üzərində lazer və alov şouları oldu. Bu effektlər isə Avropa ölkələrindən gələn peşəkər mütəxəsislər tərəfindən hazırlanmışdı. Mərasimi izləmək üçün bulvara paytaxt sakinləri ilə yanaşı ölkəmizdə olan əcnəbi qonaqlar da gəlmişdi.Açıq havada təşkil olunan diskoteka paytaxt sakinlərinin ürəyincə olub. Ümumilikdə dünyanın 48 ölkəsində canlı yayımlanan tədbirin pik nöqtəsi isə saatın əqrəblərinin gecə 12-ni göstərməsi oldu. Alov qüllərinin üzərində göstərilən rəqəmlərin mənası isə geriyə sayımın başlanması idi.Sonra 10-a yaxın gəmidən atılan fişənglərlə, möhtəşəm atəşfəşanlıq oldu.Oyunları Təşkilat Komitəsi nümayəndələri də izləyirdi. Avropa Oyunlarının koordinatoru Vilyam Luis-Mari bildirib ki, bu indiyə kimi Bakıda keçirilən ən böyük idman tədbiridir. “Avropa Oyunları Azərbaycan üçün çox önəmli tədbir olacaq. Bu oyunlara 6 mindən çox atlet qatılacaq.” Gələn ilin iyunun 12-də start götürəcək ilk Avropa Oyunları 16 Olimpiya və 3 qeyri olimpiya idman növü üzrə keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb