Bakıda yeni yeraltı piyada keçidinin inşası başa çatdı

15:39 | 05.03.2014
Bakıda yeni yeraltı piyada keçidinin inşası başa çatdı

Bakıda yeni yeraltı piyada keçidinin inşası başa çatdı

Bakı şəhərinin Heydər Əliyev prospektində, «Şəfa» stadionu yaxınlığında yeraltı piyada keçidinin tikintisini başa çatıb.Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. P.Mürsəliyev bildirib ki, piyada keçidinin uzunluğu 105 metr, eni 12 metr, hündürlüyü isə 3 metrdir: «Keçidin dörd girişi və çıxışı var. Həmin ərazi çox təhlükəli olduğundan, işlər tam yekunlaşmasa da, artıq vətəndaşlar keçiddən istifadə edirlər. Həmçinin, piyada keçidində eskalatorlar, çəkiliş kameraları quraşdırılıb». Şirkət rəsmisi həmin ərazidə yeraltı tunelin tikintisinin də yekunlaşmaqda olduğunu deyib. Belə ki, tunelin uzunluğu 906 metr, eni isə 16 metr olacaq. Tunel dörd zolaqdan və avtomobillərin hərəkəti iki istiqamətli olacaq. P.Mürsəliyevin sözlərinə görə, tikinti işləri yan yollar və asfaltın vurulmasından sonra yekunlaşacaq. Ümumilikdə, bu işlərin 2014-cü il ərzində yekunlaşdırılması nəzərdə tutulub. «Azəryolservis» ASC-nin sözçüsü qeyd edib ki, əvvəllər Müzəffər Nərimanov küçəsindən gələn avtomobillər ancaq Heydər Əliyev prospektindən sağa dönməklə, şəhər mərkəzi istiqamətində hərəkət edə bilir. Tunel istifadəyə verildikdən sonra isə avtomobillər tuneldən keçəcərək yolunu əks istiqamətdə də davam etdirə biləcək: «Bununla da, 5-ci Köndələn küçəsi, oradan da dönmə əməliyyatı etməklə hava limanına getmək mümkün olacaq və avtomobillərin hərəkət asanlaşacaq».ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb