Bakı - 2015: 1 qadın, 1 kişi boksçumuz qələbə qazandı

14:25 | 21.06.2015
Bakı - 2015: 1 qadın, 1 kişi boksçumuz qələbə qazandı

Bakı - 2015: 1 qadın, 1 kişi boksçumuz qələbə qazandı

Kişi boksçularımız Avropa Oyunlarında daha bir qələbə qazanıblar.

ANS PRESS-in məlumatına görə, bu gün Kristal Zalda keçirilən yarışlarda rinqə ilk çıxan kişi boksçumuz Azərbaycanı yarım-orta çəkidə (69 kq) təmsil edən Pərviz Bağırov olub. Yarışlara 1/8 finaldan qoşulan idmançımız rəqibi Moldova boksçusu Vasili Belousla üz-üzə gəlib.

Pərviz Bağırov moldovalı rəqibini məğlu edərək növbəti mərhələyə vəsiqə əldə edib.

Xatırladaq ki, bu gün Azərbaycanı qadın boksçuların yarışında yüngül çəkidə (57-60 kq) təmsil edən Yana Alekseyeva ilk döyüşündə 1/8 finalda Finlandiya idmançısı Mira Potkonenlə qarşılaşıb və rəqibinə qalib gələrək 1/8 finala vəsiqə əldə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM