Bakı 2015: Boksçular rinqə çıxdı - CANLİ

14:07 | 21.06.2015
Bakı 2015: Boksçular rinqə çıxdı -  CANLİ

Bakı 2015: Boksçular rinqə çıxdı - CANLİ

"Bakı 2015" I Avropa Oyunlarında boks yarışları başlayıb. 

ANS PRESS-in məlumatına görə, "Baku Crystal Hall”da keçiirilən boks yarışlarının altıncı gününə qadın idmançıların mübarizəsi ilə start verilib.

Günün birinci yarısında qadın və kişi boksçuların mübarizəsində dörd çəki dərəcəsində ümumilikdə 16 görüş keçiriləcək.

Qadınlar arasındakı döyüş saat 13:30-da start götürüb. 

Azərbaycanın qadın boksçusu Yana Elekseyevnanın rəqibi finlandiyalı Mira Potkonen olacaq.

Bu gün Azərbaycanın 5 boksçusu rinqə çıxacaq. Onlardan biri - Yana Alekseyevna finlandiyalı Mira Potkonenlə (57-60 kq) üz-üzə gəlir. 

Günün birinci yarısında səkkizdəbir final mərhələsində 60 kiloqram çəki dərəcəsində qadın, 69, 75 və 91 kiloqram çəki dərəcələrində isə kişi boksçular rinqə çıxacaqlar. Kişi boksçularımızdan Avropa çempionu, "Neftçi” İdman Sağlamlıq Mərkəzinin (İSM) üzvü Pərviz Bağırov (69 kq) moldovalı Vasili Belous, digər idmançımız Abdulqadir Abdullayev (91 kq) macarıstanlı Adam Hamori ilə qarşılaşacaq.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM