Bakı-2015: Demyanenko finala yüksəldi - YENİLƏNİR

15:38 | 15.06.2015
Bakı-2015: Demyanenko finala yüksəldi - YENİLƏNİR

Bakı-2015: Demyanenko finala yüksəldi - YENİLƏNİR

Bu gün Bakı-2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında 200 metr məsafəyə yarışlara start verilib. Apasport.az saytının məlumatına görə, Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 növ yarışda ilkin və yarımfinal mərhələləri keçirilir.
 
Qadınlar tək və cütlüklərin kayak, kişilər isə tək və cütlüklərin kayak yarışlarında finala vəsiqələr uğrunda mübarizə aparır. Həmçinin kişilərin tək kanoelərdə mübarizəsinə start verilib.
 
Azərbaycan avarçəkmə yığmasının əsas medal ümidi Valentin Demyanenko kanoeçilərin yarışında qüvvəsini sınayır. O, ilkin mərhələdə 3-cü yürüşdə qüvvəsini sınayıb. 38,978 saniyə nəticə göstərən kanoeçimiz 1-ci yeri tutub. Bununla da o, yarımfinalda çıxış etmədən birbaşa finalda qüvvəsini sınamaq imkanı qazanıb.
 
Digər təmsilçimiz, kayakla 500 metr məsafədə finala yüksələn İnna Radomska-Osipenko 200 metr məsafədə də ilkin mərhələni uğurla adlayıb. 41,968 saniyə nəticə göstərən avarçəkənimiz 2-ci yürüşdə 5-ci olub. O, bu nəticə ilə yarımfinala yüksəlib. Bu gün saat 16:00-da başlayacaq yarımfinalda İnna 2-ci yürüşdə çıxış edəcək.
 
Mirnazim Cavadov isə kayakların mübarizəsində çıxış edib. O, 36,298 saniyə nəticə ilə 7-ci olub. Lakin bu nəticə ona yarımfinala adlamağa imkan verib. Cavadov 16:4-dəı başlayacaq bu mərhələdə qüvvəsini sınayacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM