Bakı-2015: İki idmançımız final mərhələsində - YENİLƏNİR

16:43 | 18.06.2015
Bakı-2015: İki idmançımız final mərhələsində - YENİLƏNİR

Bakı-2015: İki idmançımız final mərhələsində - YENİLƏNİR

Bu gün Bakı-2015 I Avropa Oyunlarında suyatullanma yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Bakı Su İdmanı Mərkəzində 2 dəst medal uğrunda mübarizə başlayıb.
 
Kişilər 1 metrlik tramplində, qadınlar isə platformada çıxış edir. Əvvəl təsnifat mərhələsi baş tutacaq yarış finalla yekunlaşacaq.
 
Tramplində çıxış edən 30 idmançı arasında Azərbaycan suyatullananı da qüvvəsini sınayıb. Artyom Danilov təsnifat mərhələsində 10 cəhddə 427,70 xal toplayıb. İdmançımız bu nəticə ilə 11-ci yeri tutub. Bununla da təmsilçimiz final mərhələsinə yüksəlib. Belə ki. mükafatlar uğrunda mübarizəni ilk 12 pilləni tutan idmançılar bu gün saat 19:00-da başlayacaq final mərhələsində qüvvəsini sınayacaq.
 
Qadınların yarışında 24 idmançı mübarizəyə başlayıb. Azərbaycanın yeganə təmsilçisi Olqa Bıkovskaya 8 cəhddə 323,30 xal toplayaraq, 11-ci olub. Bununla da o, final mərhələsində iştirak etmək hüququ qazanıb. 12 idmançının qatıldığı həlledici mərhələ saat 20:30-da start götürəcək.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM