Bakı-2015: Millimiz 9-cu pillədə - YENİLƏNİR

16:49 | 15.06.2015
Bakı-2015: Millimiz 9-cu pillədə - YENİLƏNİR

Bakı-2015: Millimiz 9-cu pillədə - YENİLƏNİR

Bu gün Bakı-2015 I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlarda ilk mükafatçılar müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışların 2-ci günündə kişi və qadın komandaların yarışında medalların sahibləri bəlli olacaq.
 
Qadınların yarışında millimiz çıxışını başa vurub. 4 hərəkətin cəmində 99,130 xal toplayan millimiz hələlik 9-cu pillədə qərarlaşıb. İlk "üçlük”də Rusiya (116,897), Almaniya (110,397) və Macarıstan (110,099) milliləri qərarlaşıb.
 
Fərdi çoxnövçülükdə təsnifat yarışları davam edir. Çıxışını başa vuran gimnastlar arasında rusiyalı Aliyə Mustafina zirvədə qərarlaşıb – 58,865 xal.  İlk "üçlük”də onun həmyerliləri Seda Tutxalyan (57,332) və Viktoriya Komova (56,965) qərarlaşıb.
 
Azərbaycan təmsilçiləri də çıxışlarını başa vurublar. Marina Nekrasova 50,532, Yuliya İnşina 47,632 xal toplayıb. Onlar hələlik müvafiq olaraq, 22-ci və 29-cu pillədə qərarlaşıblar. Kristina Pravdina ilk iki hərəkətdən sonra 22,932 xal toplasa da, mübarizəni davam etdirməyib. Buna onun yarışın ilk günündə zədələnməsi səbəb olub.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM