Bakı-2015: Rusiya uduzdu, Türkiyədən ilk qələbə - YENİLƏNİR

13:40 | 15.06.2015
Bakı-2015: Rusiya uduzdu, Türkiyədən ilk qələbə - YENİLƏNİR

Bakı-2015: Rusiya uduzdu, Türkiyədən ilk qələbə - YENİLƏNİR

Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular bu gün növbəti oyunlarına çıxacaqlar. Apasport.az saytının məlumatına görə, II turda Azərbaycan yığması Polşanı sınağa çəkəcək.
 
A qrupunda yer alan millimiz Rumıniyadan sonra güclü polşalıları da məğlub etməyə çalışacaq. Rəqibin də ilk görüşdən qalib ayrılması matça olan marağı bir qədər də artırır.
 
Qrupda turun ilk oyununa favoritlərindən olan İtaliya çıxacaq. Apenninlilər Türkiyə ilə münasibətlərinə aydınlıq gətirəcəklər. Birinci turu məğlub başa vuran Rumıniya ilə Belçika isə bir-birləri ilə oyunda bu uğursuzluğa son qoymağa çalışacaq.
 
Günün açılış qarşılaşması B qrupunda baş tutacaq. İlk turun məğlubları Bolqarıstanla Rusiya üz-üzə gələcək. Hollandiya bu gün aktivinə növbəti 3 xalı yazdıra bilər. Çünki onlar I turda asan təslim olan Xorvatiyanı sınağa çəkəcəklər.
 
Turun son oyunu isə gərgin mübarizə vəd edir. Avropa Oyunlarında medalçılar sırasına düşməyi iddia edən Serbiya ilə Almaniya qarşılaşacaq. Hər iki komanda qələbə seriyasını davam etdirməyə çalışacaq.
 
Voleybol, qadınlar
15 iyun
II tur
A qrupu
 Türkiyə - İtaliya - 3:0 (25:16, 25:10, 25:17)
16:30. Rumıniya - Belçika
22:00. Azərbaycan – Polşa

 



1.

Türkiyə

2

1

1

5-3

177-145

4

2.

İtaliya

2

1

1

3-3

118-137

3

3.

Azərbaycan

1

1

0

3-1

102-82

3

4.

Polşa

1

1

0

3-2

102-102

2

5.

Rumıniya

1

0

1

1-3

82-102

0

6.

Belçika

1

0

1

0-3

62-75

0


 
B qrupu
 Bolqarıstan – Rusiya - 3:0 (25:16, 25:22, 25:22)
14:30. Xorvatiya – Hollandiya
20:00. Almaniya – Serbiya

 
 

1.

Bolqarıstan

2

1

1

5-3

184-162

4

2.

Serbiya

1

1

0

3-0

75-49

3

3.

Hollandiya

1

1

0

3-1

96-87

3

4.

Almaniya

1

1

0

3-2

102-109

2

5.

Rusiya

2

0

2

1-6

147-171

0

6.

Xorvatiya

1

0

1

0-3

49-75

0

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM