Bakı parkları: Sabir adına bağ - FOTOREPORTAJ

13:36 | 04.08.2015
Bakı parkları: Sabir adına bağ - FOTOREPORTAJ

Bakı parkları: Sabir adına bağ - FOTOREPORTAJ


Rüstəm Qasımov

Sabir adına bağ Bakının Sabail rayonunda yerləşən bağlardan biridir. O, məşhur azərbaycanlı satirik şair Mirzə Ələkbər Sabirin adını daşıyır. Bağ cənub tərəfdən "İçərişəhər"in qala divarıyla, şimal tərəfdən İstiqlaliyyət küçəsiylə, şərqdən Konstitusiya məhkəməsiylə, qərbdən isə daha çox İsmailiyyə adıyla tanınan AMEA əlyazmalar institutunun binasıyla sərhəddir. Bağda görkəmli azərbaycanlı şairin heykəli ucaldılıb. 

Bağ keçən əsrin 20-ci illərində heykəltaraş H. Ələskərov tərəfindən "Kaspi" nəşriyyatının yerində salınıb. Bağın formalaşması mərhələli şəkildə baş tutub. Hələ 1922-ci ildə qala divarının yaxınlığında Sabirin heykəli qoyulmuşdu (heykəltaraş Yakov Keylixis, memar Y. Sirişev). 50-ci illərdə parkın ərazisi xeyli genişləndirildi, bağın ərazisi abadlaşdırıldı və yaşıllaşdırıldı. Bununla əlaqədar olaraq, şairə daha təkmil və yeni heykəlin qoyulması məsələsi aktuallaşdı, 1958-ci ildə heykəlataş Cəlal Qaryağdı, memarlar H. Əlizadə və E. İsmayılovun birgə işi ortaya çıxdı. Bu dəfə heykəl bağın mərkəzində qoyuldu. 

Bağın ətrafında yerləşən tarixi abidələr də kifayət qədər böyük əhəmiyyət daşıyır. Son illərdə parkda yenidən yaşıllaşdırma və abadlaşdırma işləri aparılıb. 

Bağdan çəkdiyimiz şəkilləri təqdim edirik: 
 





































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb