Azərbaycan və Qazaxıstan arasında əmtəə dövriyyəsi rekord həddə çatıb

13:33 | 11.03.2024
Azərbaycan və Qazaxıstan arasında əmtəə dövriyyəsi rekord həddə çatıb

Azərbaycan və Qazaxıstan arasında əmtəə dövriyyəsi rekord həddə çatıb

2023-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında əmtəə dövriyyəsi 530 milyon dollar təşkil edib. Bu barədə  Azərbaycan və Qazaxıstan səfirlərinin və sahibkarların iştirak etdiyi i Azərbaycan-Qazaxıstan iş şurasının iclası nda bildirilib. 

"Azərbaycan ilə Qazaxıstan arasında 2023-cü ildəəmtəə dövriyyəsi  rekord səviyyəyə çatıb və 530 milyon dollar təşkil edib. Amma ölkələr arasında  dövriyyə daha  çox ola bilər. İndiki rəqəm mövcud potensialı əks etdirmir",  - Azərbaycan iqtisadiyyat mnazirinin müavini Samir Vəliyev bildirib. 

Nəqliyyat daşımaları məsələsinə toxunan Qazaxıstan Nəqliyyat nazirinin müavini Satjan Ablalıyev, 2023-cü ildə Trans -Caspian beynəlxalq nəqliyyat marşrutu  vasitəsilə  840 min tona qədər yükün daşındığını bildirib. 

"2024-cü ilin yanvarında nəqliyyat vasitəsilə  daşımalar 2,5 dəfə artaraq 374 min tona çaıbı. Bundan əlavə, Çin konteynerlərinin daşınmasında əhəmiyyətli bir artım var. Belə ki, bu ilin  yanvarında daşımalara 3 dəfə artaraq 2,9 min konteyner təşkil edib",  -  Ablalıyev deyib. 

Azərbaycanın kiçik və orta biznes (KOBİA) İnkişafı üzrə Agentliyin İdarə Heyətinin sədri Oxran Məmmədov xarici investorların Azərbaycana cəlb olunmasında maraqlı olduğunu vurğulayıb. 

Görüş zamanı Qazaxıstan "Atameken" Milli Sahibkarlar Palatası ilə Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyası arasında anlaşma memorandumu da imzalanıb. 
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM