Bakıda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlanıb

20:18 | 21.01.2021
Bakıda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlanıb

Bakıda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlanıb

Bakı şəhəri üzrə bir əməkdaş prokurorluq orqanlarından xaric edilib.
Bu barədə Bakı şəhər prokuroru İlqar Abbasov Bakı şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirib.

Qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

Belə ki, ötən il ərzində Baş Prokurorluq üzrə müvafiq əmrlərlə şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 8 nəfər intizam məsuliyyətinə cəlb edilib, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 5 nəfərə töhmət elan edilib, 1 nəfərə irad tutulub, 1 nəfər rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric olunub

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb