Bakıda ƏMƏLİYYAT: Şirkətin anbarından qumbaralar tapıldı

12:40 | 06.06.2018
Bakıda ƏMƏLİYYAT: Şirkətin anbarından qumbaralar tapıldı

Bakıda ƏMƏLİYYAT: Şirkətin anbarından qumbaralar tapıldı

İyunun 5-də Keşlə dəmir yolu stansiyasının ərazisində yerləşən şirkətlərdən birinin anbarında təmizlik işləri aparan fəhlələrin oradan içərisində naməlum predmetlər olan qutu aşkar etmələri barədə DİN Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat daxil olub.

Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal hadisə yerinə gələn Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin predmetlərin tüstü qumbarası olduğu müəyyən edilib. Bu barədə aidiyyatı üzrə FHN-ə və ANAMA-ya (Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) məlumat verilib.

Aparılan birgə təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanmış 21 ədəd tüstü qumbarası (RDQ2-Ç) zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Keşlə Xətt Polis Bölməsində araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb