Bakıda III beynəlxalq kukla biennalıREPORTAJ

14:21 | 25.11.2015
Bakıda III beynəlxalq kukla biennalı – REPORTAJ

Bakıda III beynəlxalq kukla biennalıREPORTAJ

Rüstəm Qasımov

Bir müddət əvvəl Muzey Mərkəzinin incəsənət qalereyasında dünya incəsənətindəki önəmli hadisələrdən biri olan "Fusion Doll” III beynəlxalq kukla biennalı baş tutdu. Tədbirdə 7 ölkədən - Azərbaycan, Belorus, Gürcüstan, Rusiya, Ukrayna, Estoniya, Yaponiyadan gələn ustalar təmsil olunurdular. Bienallenin təşkilatçısı Azərbaycan Mədəniyyət və Turizm nazirliyi, Muzey mərkəzi və "Kukla” art-qalereyası idi. 

Son 25 ildə kukla sənəti də vizual incəsənət növləri arasında özünü təsdiq etməyə başlayıb. Bu gün məşhur ustaların işləri nəninki bir çox ölkələrdən olan şəxslərin şəxsi kolleksiyalarında, həmçinin dünyanın ən yaxşı qalereyalarında sərgilənir. 
 


Açılış mərasimində çıxış edən nazir Əbülfəs Qarayev bildirdi ki, 2011-13-cü illərdə keçirilmiş bienallar bu sahəyə olan marağı artırdı və kukla incəsənəti özündə müxtəlif sənət sahələrini ehtiva edir. Bakıda ilk dəfə "Fusion Doll" biennalı 2011-ci ildə keçirilib, o zamandan bəri bu sahənin öz auditoriyası formalaşıb. 

Yeri gəlmişkən qeyd edək ki, Bakıda ilk dəfə Cənubi Qafqazda bu profili əhatə edən "Kukla” art-qalereyası açıldıqdan sonra ölkədə bu sahəyə olan maraq daha da artıb. 
 


Kiyevdə fəaliyyət göstərən "Dəbli Kukla” müəllif kuklaları salonunun təşkilatçısı Yuriy Şumanskiy Bakıda sərgilənən kuklaların çox maraqlı olduğunu bildirdi. Biennalın təşkilatçıları və iştirakçıları ortaya iş ərsəyə gətirmək üçün xeyli əziyyət çəkiblər. 

Tədbir çərçivəsində biennalın təşkilatçıları və iştirakçıları diplom və fəxri fərmanlarla təltif edildilər. 

ANN.Az incəsənət hadisəsi ilə bağlı Muzey Mərkəzinin direktoru Liana Vəzirova ilə söhbətləşməyə imkan tapdı. O, belə tədbirlərin paytaxtın mədəni həyatı və incəsənətin qlobal şəkildə inkişafı baxımından əhəmiyyətli olduğunu vurğuladı. Liana xanım həmçinin qeyd etdi ki, III Bakı Beynəlxalq Kukla biennalı təkcə nüzufu ilə deyil, ekspozisiyaların maraqlı olmasıyla da seçilir, bu isə ona orijinallıq qazandırır, biennalda 7 ölkənin nümayəndələri iştirak edir, buradakı kuklaların hər biri bir şedevrdir. Direktor həmçinin qeyd etdi ki, belə masştablı biennalın keçirilməsi üçün xeyli vaxt tələb olunub.
 


Biennalda Azərbaycanı "Kukla” Art-qalereyası təmsil edirdi, burada Pərviz Hüseynov, İrina Qundorina, Tamilla Qurbanova kimi məşhur ustalar öz işlərini təqdim edirdilər. 

Pərviz Hüseynov bizimlə söhbətində bildirdi ki, bu biennalda kukla incəsənətinin Moskva məktəbi geniş təqdim edilir: "Misal kimi Aleksandr Kukinovun, İma Narodiskayanın, Anastasiya Yanovskayanın işlərini göstərmək olar. Gürcü ustaları ilk dəfə sərgidə təmsil olunurlar. Ukraynalı iştirakçıların da gəlməsi çox sevindirici haldır. Bu sənət janrının öndəgedənlərindən Tamara Pivnyuk Bakı auditoriyasına xüsusilə biennal üçün hazırlanmış "Fusion Bell” kuklasını təqdim etdi. Bir sözlə, bayram alındı. Gərgin işlər kulis arxasında qaldı. Yeri gəlmişkən, bu sərgidə çox saydı yeni azərbaycanlı ustalar təmsil olunurdular”. 
 


Biennal çərçivəsində "DAART” incəsənət mərkəzinin pedaqoqu Anar Salmanovanın və bu mərkəzin məzunları olan Zinaida Həsənovanın, Nübar Şahbazovanın və Alla Liçnoravskayanın işləri təqdim edilirdi, studiyanın uşaq şöbəsinin öyrənciləri isə ayrıca layihə təqdim etmişdilər. 

Biz Azərbaycanın məşhur kukla ustalarından olan Tamilla Qurbanova ilə də söhbətləşməyə müvəffəq olduq. "Bu biennala mən birdən 3 müəllif işi təqdim etmişəm. Onlardan biri Sofi Lorenin portret kuklasıdır. Bu məşhur qadın bütün dünyada sevilir. Ona görə də mən çalışdım əfsanəvi gözəlliyin obrazını, divanda qırmızı əlbisədə oturmuş formada yaradım. Aktrisa özü də bu rəngi çox sevirdi.
 


İkinci işim "İnikas” adlanırdı. Bu, bala getməyə hazırlaşan və cəlbedici görünməyən çalışan qızların güzgü arxasındakı ani bir görüntüsüdür. 

Üçüncü işimin adı "İlbizin tapmacası” adlanır, o, ilbizin gözəl bir qıza çevrilməsindən bəhs edir. O öz evindən çıxır, özünü dünyaya göstərir, sonra isə yenə öz yuvasında gizlənir. Biz qadınlar da eynilə hərəkət edirik. Yaxşı olanda çalışırıq özümüzü dünyaya göstərək, başqa vaxtsa çalışırıq öz rahat evimizdən çölə çıxmayaq” – Qurbanova dedi. 
 



Səməd Vurğun adına Azərbaycan Rus Dram teatrının bədii-quruluşçu hissəsinin əməkdaşı Olqa Abbasova və kukla ustası Fərəh Abbasova da bizə işlərinin necə hazırlanması barədə məlumat verdilər. "Biennalda sərgilənən kolleksiya 5 işdən ibarətdir. Məsələn, "Cənnət kuklası” çox qısa müddət əvvəl yaradılıb.
Mənə tez-tez yeni ideyalar gəlir, onlar bəzən məni hətta gecələr də yatmağa qoymurlar. . Boş vaxtımı hər zaman kukla sənətinə həsr edirəm, çalışıram bacarıqlarımı praktika keçərək təkmilləşdirim. Yaradıcılıq mənim həyatımın mənasıdır” – Əliyeva deyir. 
 


Biennalda "Pandora Platinum - 2015” nişanəsi ilə "Kukla dünyası” fondunun (Rusiya) ekspozisiyaları da təqdim edilirdi. 

III Beynəlxalı Kukla biennalında Belarusu Qalina Dmitruk, Gürcüstanı Kati Zidzuruqi, Nana Kaulaşvili, Rusiyanı Aleksandr Kukinov, Viktor Qriqoryev, Anastasiya Yanovskaya, İma Narodiskaya, Ukraynanı Tamara Pivnyuk, Olqa Venjeqa, Estoniyanı Svetlana Vetrova, Yaponiyanı Mari Şimuzu təmsil edirdi. 
 


Biz biennalda Belorusu təmsil edən Qalina Dmitrukun fikirlərini öyrənə bildik. Qalina müntəzəm şəkildə Bakını ziyarət edir, gələn ilsə o, Bakıda fərdi sərgisini açmağa hazırlaşır. "Mən artıq 5 ildir ki, Bakıya gəlirəm və hər bir kukla biennalında iştirak edirəm. Təşkilatçılara məni hər dəfə dəvət etdiklərinə görə təşəkkür edirəm. Bakı kimi möhtəşəm şəhərə mən ilk baxışdan vurulmuşam. Məni burda çox isti qarşılayırlar, burda çox istiqanlı və gözəl insanlarla tanış olmuşam. İndi burda fərdi sərgi keçirməkdə də çox qərarlıyam. Sərgi də yalnız Azərbaycan auditoriyası üçün nəzərdə tutulacaq. Sərgidəki kuklaların hamısı şərq üslubunda olacaq. Mən şərq incənətinə vurğunam, buna görə. Hazırda kolleksiyalar üzərində qızğın iş gedir. Sərginisə biz gələn ilin yazında keçirməyi planlaşdırırıq. Bu sərginin mənə böyük ruh yüksəkliyi verdiyini deməliyəm, yaradıcılığa daha da həvəslənmişəm” – Qalina Dmitruk söhbəti zamanı dedi. 
 


Qeyd edək ki, qalereyanın sonuncu zalında tamaşaçıları "Art-kukla” qalereyasının kolleksiyalarının eksponatları ilə tanış ola bilərlər, burada təkcə kuklalar deyil, həmçinin Venesiya maskaları da sərgilənir. 

Elmi, mədəniyyəti, təhsil və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı paytaxtımızda baş tutan mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur. Bu dəfə sizə "Fusion Doll” III Bakı Beynəlxalq Kukla Biennalından fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 





















































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb