Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

11:02 | 02.06.2016
 Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

Bu gün Bakıda saat 11:00-dan etibarən Nərimanov rayonu Əliyar Əliyev, axşam saat 23:00-dan isə Ağa Nemətulla küçələrində rənglənmə işləri aparılacaq.

"Report”un "Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinə istinadən verdiyi xəbərə görə, bir neçə saat davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq (küçələr bağlanmayacaq).

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və sözügedən küçələrdə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyyə olunur", - deyə məlumatda qeyd olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb