Bakıda istedadlı uşaqlarla bağlı tədbir - FOTOLAR

17:18 | 23.06.2016
Bakıda istedadlı uşaqlarla bağlı tədbir - FOTOLAR

Bakıda istedadlı uşaqlarla bağlı tədbir - FOTOLAR

Bakıda istedadlı uşaqlarla bağlı tədbir keçirilib.

Peşəkar Psixologiya Mərkəzinin təşkilatçılığı ilə "Metro Park” Ticarət Mərkəzində istadadlı uşaqlarla bağlı tədbir keçirilib. 

Mərkəzin direktoru psixoloq Nuriyyə Quliyeva Qaynarinfo.az-a bildirib ki, belə tədbirlər istedadlı uşaqların üzə çıxarılmasında, onların öz bilik və bacarıqlarını inkişaf etdirməsində və cəmiyyətdə tanıdılmasında böyük rol oynayır: "Uşaqlara qayğı göstərmək, təhsil verməklə yanaşı onların istedadlarının üzə çıxarılmasına, bilik və bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmalıyıq. Bizim də məqsədimiz istedadlı uşaqlara dəstək olmaq,  onlarda özünəinam hissi formalaşdırmaq, komplekslərini aradan qaldırmaq və digər psixoloji problemlərin həllinə nail olmaqdır”.

Peşəkar Psixologiya Mərkəzinin əvvəllər də bu tipli layihələr həyata keçirdiyini deyən N.Quliyeva qeyd edib ki, mərkəz bu istiqamətdə fəaliyyətini davam etdirəcək: "Peşəkar Psixologiya Mərkəzi daha çox autizmli, inkişaf problemi olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olur. Amma isdedadlı uşaqları da yaddan çıxarmırıq”.

Sonra uşaqların hazırladığı "Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşası təqdim olunub. İstedadlı uşaqlar bu tamaşanı gənc aktyor Vasif Vaqifoğlunun rəhbərliyi ilə hazırlayıblar. 

Tədbir daha sonra tanınmış müğənnilərin ifası ilə davam edib. 










www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb