Anews.az-a danışan şikayətçi deyir ki, yoldaşı onu döymək üçün bəhanə axtarır.
"Ən kiçik bəhanə olan kimi, məni döyür, təhqir edir, uşağı söyüb, vurur. Bir neçə gün əvvəl uşağın
ad günü idi, evdə "Likor” var idi, gətirdi onu içdi. Uşağın ad gününü təbrik
edirdi guya, rumkanı ona uzadıb tost deyəndə, uşaq elə bildi
rumkanı ona uzadır, götürəndə ikimizi də döyüb, təhqir elədi ki, uşaq
məni ələ salır. Hər gün bu evdə dava olur, hər gün döyüb təhqir edir məni”, - deyə şikayətçi bildirib.
Onun
sözlərinə görə, hətta bir dəfə işə polis də qarışıb. Yoldaşın saxlayıblar. Lakin sonradan xəbərdarlıq
edib, iltizam alıb buraxıblar. Ondan sonra da işgəncələr davam edib.
Xanım bildirir ki, hətta belə döyülmələrdən sonra əri xanımını qonşuların yanında biabır etmək məqsədilə gözünün altı göyərmiş vəziyyətdə mağazaya getməyə məcbur edib.
Bədənindəki işgəncə izlərinin fotolarını isə sizə təqdim edirik:
Həzi
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !