Bakıda yeddi beynəlxalq sərgi keçiriləcək

18:05 | 22.08.2016
Bakıda yeddi beynəlxalq sərgi keçiriləcək

Bakıda yeddi beynəlxalq sərgi keçiriləcək

Bu payız Bakıda 7 beynəlxalq sərgi keçiriləcək.

Oxu.Az-a "İteca Caspian” şirkətindən verilən məlumata görə, bu mövsümün bütün sərgiləri öz məzmunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək. 

Payız sərgi təqviminə Azərbaycan beynəlxalq "Səhiyyə” "BIHE”, "Stomatologiya” "Stomatology Azerbaijan”, "Gözəllik və Estetik tibb” "Beauty Azerbaijan”, "İnşaat” "BakuBuild”, "İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri” "AquaTherm Baku”, "Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” "CIPS Securika”, və İKT "Bakutel” sərgiləri daxildir. 

Sözügedən sərgilər Bakı Ekspo Mərkəzində keçiriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM