Bakıda zibildən hazırlanan sənət əsərləri - “Tullantıdan sənətə” - FOTOLAR

17:11 | 02.10.2016
Bakıda zibildən hazırlanan sənət əsərləri - “Tullantıdan sənətə” - FOTOLAR

Bakıda zibildən hazırlanan sənət əsərləri - “Tullantıdan sənətə” - FOTOLAR

Bu gün "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda V Beynəlxalq "Tullantıdan sənətə” sərgisinin açılışı olub.

ATV.az xəbər verir ki, məişət tullantılarından, lazımsız əşyalardan istifadə olunaraq hazırlanmış sənət əsərlərinin təqdim edildiyi sərgidə 8 ölkədən 25 incəsənət nümayəndəsinin əl işləri nümayiş olunur. Ümumilikdə 5 il ərzində "Tullantıdan sənətə” sərgisində 30 ölkədən 80-dən çox təmsilçi iştirak edib.

Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz şəhər” ASC-nin təşkilatçılığı, İDEA İctimai Birliyi,  "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşıb.

Məişət tullantılarından hazırlanan müxtəlif sənət nümunələrinin təqdim olunduğu sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onlara lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Yarasız hesab edilərək atılmış əşyalar, tullantı materialları sənətkarların əllərində "canlanıb”.

Bu gün Bakı şəhərində yaranan tullantılardan təkrar istehsal üçün xammal kimi istifadə olunur. Həmçinin tullantıların yandırılması nəticəsində elektrik enerjisi əldə edilir. "Tullantıdan sənətə” sərgisi ilə tullantıların lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirir.

"Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər” ASC-nin Qala qəsəbəsində həyata keçirdiyi "Təmiz Qala” adlı pilot layihə çərçivəsində təşkil olunur. Layihə əsasında qəsəbədə tullantıların idarə olunması müasir standartlara cavab verən üsulla aparılır.

Qeyd edək ki, 2015-ci ildən etibarən Qala qəsəbəsində "Tullantıdan sənətə” muzeyi də fəaliyyət göstərir. Ziyarətçilər burada tullantıdan yaranan müxtəlif əsərlərlə tanış ola bilər.

V "Tullantıdan sənətə”  sərgisi ilə tanış olmaq istəyənlər üçün oktyabrın 3-dən etibarən 3 gün ərzində saat 12:00-da "İçərişəhər”in Qoşa qala qapısı qarşısından "Qala” qoruğuna avtobus yola düşəcək.







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb