Bakının məşhur mağazasında hər gün erməni mahnısı qoşulur - VİDEO

13:40 | 30.06.2017
Bakının məşhur mağazasında hər gün erməni mahnısı qoşulur - VİDEO

Bakının məşhur mağazasında hər gün erməni mahnısı qoşulur - VİDEO

Bakının Nizami küçəsində fəaliyyət göstərən Türkiyənin məşhur FLO ayaqqabı mağazasında hər gün erməni müğənnisi Sakonun "Mi Gna" mahnısı səslənir.  

Anews.az xəbər verir ki, azxeber.com-un əməkdaşının lentə aldığı görüntülərdə müştərilərin çoxu mağazada səslənən mahnının erməni mahnısı olduğunu anlamırlar. Əməkdaşımız kassaya yaxınlaşaraq bu mahnının erməni mahnısını olduğunu və Bakının mərkəzində niyə erməni mahnısının təbliğ olunduğunu soruşur. Türk satış meneceri isə mahnının onlar tərəfindən yox, İstanbuldakı mərkəz tərəfindən qoyulduğunu və heç nə edə bilməyəcəyini deyib. Etirazlara baxmayaraq, mağazada erməni mahnısı səslənməyə davam edib.

Hadisənin səhəri günü də analoji hadisə yaşanıb. Belə ki, mağazaya yenidən baş çəkən əməkdaşımız yenə həmin mahnının səsləndiyinin şahidi olub. Qeyd edək ki, sözügedən ayaqqabı mağazası Türkiyənin ən böyük ayaqqabı satışı ilə məşğul olan brendirir. FLO-nun artıq bir neçə ildir ki, Azərbaycanda satış mərkəzləri fəaliyyət göstərir.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb