"BakuBus"ın avtobusları gələcəkdə Bakıətrafı marşrutlara buraxılacaq?

18:27 | 05.06.2015

"BakuBus"ın avtobusları gələcəkdə Bakıətrafı marşrutlara buraxılacaq?

"BakuBus" MMC-nin avtobusları ilkin olaraq Bakı şəhərində istismar olunacaq. Daha sonra həmin avtobuslar paytaxtın ətrafında olan marşrutlar üzrə də hərəkət edə bilər".

"APA-Economics"in məlumatına görə, bunu "BakuBus" MMC-nin direktorunun müavini Vüsal Kərimli bildirib.
 
Onun sözlərinə görə, "BakuBus" MMC hazırda Fransanın "Sistra" şirkəti ilə bu avtobusların hansı marşrutlar üzrə hərəkət edəcəyi ilə bağlı birgə layihə hazırlayır. Layihə üzərində iş başa çatandan sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
 
V. Kərimli əlavə edib ki, "Bakubus" MMC-nin avtoparkı Fransanın istehsalı olan 151 "İveco Crealis" və 151 "İveco Urbanway" markalı avtobuslarla təchiz olunub.
 
O, əlavə edib ki, MMC-də 1 000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur. Açılacaq iş yerlərinin 750-i sürücülər üçün nəzərdə tutulur. Sürücülərin orta aylıq əmək haqqı 600-700 manat olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb