Banklar cümə axşamı nə qədər dollar alıb? - Rəsmi

16:42 | 07.03.2024
Banklar cümə axşamı nə qədər dollar alıb? - Rəsmi

Banklar cümə axşamı nə qədər dollar alıb? - Rəsmi

Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında 79,1 milyon ABŞ dolları satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Bu məbləğ əvvəlki hərrac zamanı 68,9 milyon ABŞ dolları olub. 
 
"Martın 7-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 79,1 ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır", - mərkəzdən bildirilib.
 
2023-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 29,1% artıb. 
 
2017-ci il yanvarın 12-dən AMB valyuta hərraclarının yeni mexanizmindən istifadə etməyə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu hərraclarda 2 milyard 689,4 milyon ABŞ dolları məbləğində (2022-ci illə müqayisədə 42,6% azalma - İF) xarici valyuta satıb.
 
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM