"Banklarda pul yoxdursa, bankomatı niyə saxlasınlar?" - AÇIQLAMALAR

14:51 | 12.04.2016

"Banklarda pul yoxdursa, bankomatı niyə saxlasınlar?" - AÇIQLAMALAR

Azərbaycan ərazisində quraşdırılmış bankomatların ümumi sayı 2016-cı il martın 1-nə 2.562 ədəd olub ki, bu da 2015-ci ilin yekunları ilə müqayisədə 132 ədəd və ya 4,9% azdır. Bir ilin yekunları ilə müqayisədə 5,2% azalma deməkdir. Bankomatların 1138 ədədi isə regionlarda yerləşir. Bu isə ötən ilin yekunları ilə müqayisədə 4,5% azalma deməkdir.

Bankomatların sayının azalmasının səbəbi nədir?

Bu sualı ANN.Az-a iqtisadçı ekspertlər Oqtay Haqverdiyev və Qalib Toğrul şərh etdilər.

"Bankomatların sayının azalmasının əsas səbəbi pul qıtlığı ilə əlaqədardır” – Oqtay Haqverdiyev
 
 

İqtisadçı ekspert Oqtay Haqverdiyevin fikrincə, bankomatların sayının azalması banklarda pul qıtlığının yaranması ilə əlaqədardır: "Kommersiya banklarında pul yoxdursa, bankomatı nəyə saxlasın? Əsas səbələrdən biri pul qıtlığıdır. Paytaxtda yox, ən çox rayon yerlərində bankomatların sayı azalıb. Paytaxtda bankomatla bağlı problem elə də güclü ola bilməz. Çünki bankomatı şəhərin bu başında olmasa da, biraz kənarda tapmaq mümkündür. Ancaq rayonlarda çox məhdud saydadırlar”.

"Bu problemin digər kompleks səbəbləri də var. Devalvasiyalardan sonra əhalinin banklara inamı azalıb. İnsanlar banklardan əmanətlərinin çıxarırlar. Bunlar da bir-birləri ilə əlaqəli problemlərdir. Banklara əhali etibar etmədiyindən pul kütləsinin də miqdarı azalır. Bu da istər istəməz banklara öz təsiri göstərir”. – deyə Haqverdiyev bildirdi.

"Bankların bir neçəsinin bağlanması və birləşdirilməsi bankomatların sayının azalmasına təsir etdi” – Qalib Toğrul
 
 

İqtisadçı Qalib Toğrul bankomatların sayının azalmasının səbəbinin devalvasiya ərəfəsində bir neçə bankın bağlanması ilə əlaqələndirdi: "Bəzi banklar birləşdirildi və filialları da bağlandı. Bu da bankomatların sayının azalması ilə nəticələndi.  Əksər banklar hətta rayon filiallarının sayını azaltdı".

Ekspert digər səbəbin isə devalvasiyadan sonra əhalinin alıcıq qabiliyyətinin azalması ilə əlaqədar olduğunu dedi: "Bu nağdsız ödənişlərə də öz təsirini göstərdi. Əhalidə nağdsız ödənişlərə sanki inamsızlıq yarandı. Baxmayaraq ki, nağdsız ödənişlər üçün Vergilər və digər nazirliklər tərəfindən  daha çox səy göstərilir ki, bu istiqamətdə olan işləri sürətləndirsin, ancaq bu da əhalinin nağdsız ödənişə olan marağını artıra bilmədi. Misal olaraq, bir müddət əvvəl tütün məhsullarının və spirtli içkilərin nağdsız satışı ilə əlaqədar qərar qəbul edildi. Bu istiqamətdə işlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilsə də, işlər görülmədi. Hazırda o dəyişikliklər qüvvədədir. Amma praktiki olaraq onu icra edə bilmədilər. Bunun səbəbi həm əhalidə, həm sahibkarlar da nağdsız ödənişlərə etinasızlığın olmasıdır. Eyni zamanda nağdsız ödənişlərin həcminin çox olması vergidən yayınmanın qarşısı alan faktordur”.
 
Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb