Barak Obama Rusiyanı hədələdi

09:39 | 13.03.2014
Barak Obama Rusiyanı hədələdi

Barak Obama Rusiyanı hədələdi

ABŞ prezidenti Barak Obama Rusiyaya xəbərdarlıq etdi.

ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti fikirlərini "əgər Rusiya Krımda referendumla bağlı öz yoluna davam edərsə, Qərb onu bunun əvəzini ödəməyə məcbur edəcək" - sözləri ilə ifadə edib.Bu barədə Obama Ukraynanın baş naziri Arseniy Yasenyukla Ağ evdə görüşünün yekunlarında bildirib. Öz növbəsində Yasenyuk jurnalistlərə bildirib ki, Ukrayna Rusiya qarşısında heç vaxt təslim olmur. Amma, o qeyd edib ki, Kiyev Moskva ilə danışıqlara hazırdır.Eyni zamanda, tərəflər Ukraynaya maddi yardımı da müzakirə ediblər. Obama, Ukraynanı ərazi bütövlüyünün qorunması mövzusunda dəstəklədiyini də bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb