Baş nazirdən daha iki qərar

09:50 | 05.09.2018
Baş nazirdən daha iki qərar

Baş nazirdən daha iki qərar

Nazirlər Kabineti "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, bu vəsaitlərin ilin sonuna Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən istifadə olunmayan hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına qaytarılacaq və növbəti ilin büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

***

Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış birgə təklifinə əsasən "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin "0701 90 500 0” və "0701 90 900 0” alt yarımmövqelərinə aid sətirlərinin "Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda "15” rəqəmi "30” rəqəmi ilə əvəz edilsin.

Bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb