Başına 100 min pul qoyulan azərbaycanlı tutuldu

16:14 | 07.10.2014
Başına 100 min pul qoyulan azərbaycanlı tutuldu

Başına 100 min pul qoyulan azərbaycanlı tutuldu

Rusiyanın Perm şəhərində azərbaycanlı saxlanılıb. ANS PRESS-in məlumatına görə, saxlanılan gənc taksi sürücüsünü qətlə yetirməkdə ittiham edilir. "Kommersant" gəncin bu gün saxlanıldığını yazıb.Azərbaycan vətəndaşı Vüsal Məmmədov 2013-cü ilin avqust ayından axtarışda olub.Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 13-də Pionerski küçəsində qeydə alınıb.23 yaşlı azərbaycanlı ilə 38 yaşlı sürücü arasında münaqişə baş verib. Bundan sonra V.Məmmədov kişiyə 5 dəfə travmatik tapancadan atəş açıb.Sürücü dərhal xəstəxanaya yerləşdirilib. Lakin bir necə gün sonra o ölüb. Şübhəli şəxsin yerini müəyyən etmək üçün sürücünün çalışdığı şirkət mükafat təyin edilmişdi. Mükafat fondu isə 100 min rubl olub.Qeyd edək ki, şübhəli şəxs həmçinin 2011-ci iln payızında Permdə Rusiya Federasiyası Kommunist Partiyasının seçkiqabağı qərargah rəhbəri olan Vladislav Suxoruçenkova hücum işinin fiqurlarından biri olub. Belə ki, o zaman bir necə gənc dəyənəklərlə onu, mühafizəçisini və köməkçisini döymüşdü. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb